02Layihə haqqında
Mərkəzin tikintisinə 2023-cü ildə başlanılmış, açılış mərasimi isə 10 may 2025-ci il tarixində baş tutmuşdur. Ümumi sahəsi 1,4 hektar olan ərazidə inşa edilən mərkəz geniş funksionallığa malikdir.
Kinozal, kitabxana və iki müasir rəqs zalı fəaliyyət göstərir. Həmçinin binada 474 tamaşaçı tutumlu geniş konsert zalı yerləşir.
İnzibati otaqlar, iclas zalı, müəllim və rəhbərlik üçün iş otaqları, eləcə də sənət nümunələrinin nümayişi üçün sərgi salonu yaradılmışdır.
Mərkəzdə müxtəlif dərnək və təlimlər üçün 15 dərs otağı ayrılmışdır.
Binadan kənarda, kompleksin ərazisində isə ümumi sahəsi 1250 kvadratmetr olan və 615 tamaşaçı qəbul edə bilən möhtəşəm açıq amfiteatr inşa edilmişdir.