02Layihə haqqında
- Mehmandarovlar Qarabağın, Şuşanın qədim və məşhur soylarındandır.
- Bu soyun tarixçəsinə gəldikdə, mənbələrdə qeyd edilir ki, Qarabağ xanlığının idarəetmə aparatında bir çox hərbi və mülki vəzifələr mövcud olmuş və bu vəzifələrdən biri də mehmandar (“qonaqpərvər”, “qonaqsevər”) idi.
- Mehmandarın vəzifəsi xarici dövlətlərin nümayəndələrini və digər rəsmi qonaqları ölkənin sərhədində qarşılayaraq müşayiət etmək, hörmətlə xanlığın paytaxtına gətirib yerləşdirmək, həmçinin onların istirahətlərini yüksək səviyyədə təşkil etmək olmuşdur.